...

“Buta Airways” aviaşirkətinin donanmasına yeni “Embraer E-190” təyyarəsi əlavə olunub (FOTO)

İqtisadiyyat Materials 18 Sentyabr 2018 16:47 (UTC +04:00)
Azərbaycanın aşağı büdcəli aviadaşıyıcısı “Buta Airways”ə məxsus yeni “Embraer E-190” təyyarəsinin qarşılanma mərasimi olub.
“Buta Airways” aviaşirkətinin donanmasına yeni “Embraer E-190” təyyarəsi əlavə olunub (FOTO)

Bakı. Trend:

Azərbaycanın aşağı büdcəli aviadaşıyıcısı “Buta Airways”ə məxsus yeni “Embraer E-190” təyyarəsinin qarşılanma mərasimi olub.

Şirkətdən Trend-ə verilən məlumata görə, sözügedən təyyarə birbaşa olaraq Braziliyadakı istehsalçı zavoddan gətirilib.

Yeni təyyarə loukosterin donanmasında sayca yeddincidir və aviaşirkətin uçuş cədvəlində daha çox tələbat olan istiqamətlərə əlavə reyslər yerinə yetirməyə imkan verəcək.

“Buta Airways”in yeni təyyarəsi Naxçıvan Muxtar Respublikasının bu yaxınlarda erməni işğalından azad olunan Günnüt kəndinin şərəfinə adlandırılıb.

Ənənəyə uyğun olaraq, Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni təyyarə “su arkası” ilə qarşılanıb. Qarşılama mərasiminin xüsusi qonağı işğaldan azad olunan Günnüt kəndinin sakini oldu.

Günnüt təyyarəsinin qarşılanması haqqında videoçarxı ilə aşağıdakı linkdə tanış olmaq olar:

https://youtu.be/2BbBLLSVMy8

Qeyd edək ki, yaxın zamanda “Buta Airways”in donanmasına bu tip daha bir yeni təyyarənin əlavə olunması gözlənilir. Hava gəmisi parkına yeni təyyarələrin əlavə olunması aviaşirkətin marşrut şəbəkəsini genişləndirməyə imkan verəcək.

“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulmuşdur. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilmişdir. Aviaşirkətinin donanması müasir “Embraer E-190” təyyarələrindən ibarətdir.

Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və ən çox tələb olunan istiqamətlər üzrə uçuşlar yerinə yetirir.

Bütün yenilikləri və xəbərləri “Buta Airways”in sosial şəbəkələrdəki səhifələrində izləmək mümkündür:

facebook.com/ButaAirways
instagram.com/ButaAirways
twitter.com/ButaAirways

t.me/Buta_Airways

Məqalədə:
Xəbər lenti

Xəbər lenti