...

Elmir Vəlizadə: Yeni investisiyaların cəlbi innovativ layihələrin həyata keçirilməsinə imkan verir

İqtisadiyyat Materials 25 Oktyabr 2018 15:19 (UTC +04:00)
Azərbaycan hökuməti bütün sahələrdə inkişafı təşviq edir.
Elmir Vəlizadə: Yeni investisiyaların cəlbi innovativ layihələrin həyata keçirilməsinə imkan verir

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan hökuməti bütün sahələrdə inkişafı təşviq edir.

Trend-in məlumatına görə, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən "İnnovasiyalar yaradıcı iqtisadiyyatın yeni mənbəyi kimi" plenar sessiyasında çıxışı zamanı deyib.

Azərbaycanda Yüksək Texnologiyalar Parkının fəaliyyət göstərdiyini tədbir iştirakçılarının nəzərinə çatdıran E.Vəlizadə əlavə edib ki, hazırda Azərbaycan kosmosu fəth edən ölkələrdən biridir: "Bu, inkişafda olan ölkə üçün çox gözəl nəticədir".

Azərbaycanda əhalinin internetə əlçatanlığı imkanlarının ildən-ilə artdığını söyləyən nazir müavini hesab edir ki, Azərbaycanda innovativ inkişaf və yeni investisiyaların cəlbi innovativ layihələrin həyata keçirilməsinə imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti