...

"IPRA"dan Türkdilli Dövlətlərin PR Mütəxəssislərinin Birinci Bakı Forumuna dəstək

İqtisadiyyat Materials 29 Noyabr 2018 14:58 (UTC +04:00)
Mənzil qərargahı Londonda yerləşən Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası (IPRA - International Public Relations Association) 26 yanvar 2019-cu il tarixində türk dünyasında ilk dəfə keçiriləcək “Türkdilli Dövlətlərin PR Mütəxəssislərinin Birinci Bakı Forumu”nun rəsmi tərəfdaşı olub.
"IPRA"dan Türkdilli Dövlətlərin PR Mütəxəssislərinin Birinci Bakı Forumuna dəstək

Bakı. Trend:

Mənzil qərargahı Londonda yerləşən Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası (IPRA - International Public Relations Association) 26 yanvar 2019-cu il tarixində türk dünyasında ilk dəfə keçiriləcək “Türkdilli Dövlətlərin PR Mütəxəssislərinin Birinci Bakı Forumu”nun rəsmi tərəfdaşı olub.

Trend-in məlumatına görə, "IPRA"dan gələn dəstək məktubunda forumun Türkdilli Dövlətlərin PR mütəxəssisləri arasında qarşılıqlı əlaqələrin yaradılmasında və PR sahəsində yeni metodların tətbiq edilməsində böyük rol oynayacığına əminlik də bildirilib. "IPRA" prezidenti Forumun fəxri qonaqlarından biri olacaq və spiker kimi çıxış edəcək.

Xatırladaq ki, Forumun əsas məqsədi türkdilli dövlətlərin PR mütəxəssislərini bir araya gətirmək, türkdilli ölkələrin PR mütəxəssislərinin qarşılıqlı əməkdaşlığını genişləndirmək, PR sahəsinə yeni tendensiyalar və ideyalar gətirərək bu sahənin inkişafını təmin etməkdir. Bu günə kimi, forumda Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan PR mütəxəssisləri, həmçinin yerli şirkətlərdə çalışan PR mütəxəssisləri iştiraklarını təsdiqləyiblər.

Bilet satışının gələn həftə başlayacağına baxmayaraq, artıq bir neçə şirkət və təşkilatlardan, habelə fərdi şəxslərdən biletlər sifariş edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti