Bakı. Trend:
Türkmənistanın Azərbaycandakı səfirliyinin birinci katibi-konsul Batur Rejepov ilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Baş katib müavini Fuad Hümbətov arasında görüş təşkil olunub.
ASK-dən Trend-ə verilən məlumata görə, son zamanlar ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayan Batur Rejepov 21-22 noyabr 2018-ci il tarixlərində Prezident İlham Əliyevin Türkmənistana rəsmi səfəri çərçivəsində hər iki dövlət başçısı arasında müxtəlif sahələr üzrə imzalanan 21 müqavilənin ikitərəfli münasibətlərin gələcəyi üçün əhəmiyyətindən bəhs edib.
Görüşdə Türkmənistanın Bakıda ticarət evinn açılmasına dair müzakirə aparılıb. Diplomat bildirib ki, açılması planlaşdırılan ticarət evində Türkmənistan istehsalı olan müxtəlif çeşidli tekstil məhsullarının, əl xalçalarının satışı nəzərdə tutulub.
Batur Rejepov müvafiq sahə üzrə tərəfdaşların əməkdaşlığa cəlb edilməsi, ticarət evinin hüquqi rəsmiləşdirilməsi, ticarət evi üçün məkanın tapılması ilə bağlı Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfedrasiyasından bu məsələlər üzrə onlara dəstək verilməsini xahiş edib.
Fuad Hümbətov ticarət evinin açılması ilə bağlı ASK-nın müvafiq dəstəyin göstərəcəyinə söz verib.