Əqli Mülkiyyət Agentliyinin bu il qarşısında duran vəzifələr açıqlanıb (FOTO)

Əqli Mülkiyyət Agentliyinin bu il qarşısında duran vəzifələr açıqlanıb (FOTO)

Bakı. Trend:

Fevralın 11-də Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında əməkdaşlıq haqqında memorandumun imzalanmasına həsr edilən "İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu" mövzusunda konfrans öz işinə başlayıb.

Trend-in məlumatına görə, tədbirdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov konfransın mövzusunun əhəmiyyətini vurğulayıb. Bildirib ki, innovasiyalı inkişafa yol açan Azərbaycan "Doing Business 2019" Qlobal reytinqinə əsasən, 190 ölkə arasında 25-ci yeri tutur. O, 2018-ci ildə ölkəmizdə aparılan struktur və iqtisadi islahatlar çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində əqli mülkiyyət sistemində əhəmiyyətli təşkilati və funksional dəyişikliklər baş verdiyini deyib. Bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi böyük işlər nəticəsində Azərbaycanın daha da yeniləşərək dördüncü sənaye inqilabının fəal iştirakçısı olması, ölkədə sosial-iqtisadi islahatların reallaşdırılıb. İnnovativ inkişaf yolunun tərkib hissəsi kimi əqli mülkiyyət sahəsinin inkişafına yönəlmiş institusional islahatlar çərçivəsində Azərbaycan Respublikası Prezidentinin "İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncamı ilə Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılıb.

Kamran İmanov qeyd edib ki, sənaye mülkiyyəti sahəsində ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin səlahiyyətləri, tabeliyində olan Respublika Elmi-Texniki Kitabxana Əqli Mülkiyyət Agentliyinə verilib və onun tabeliyində Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi yaradılıb, yeni nizamnamələri təsdiq edilib. Nəticədə əqli mülkiyyət sahəsinin bütövlükdə inkişafını təmin edən, bu sahədə vahid tənzimləməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən, işçiləri dövlət qulluqçularına və əməyin ödənilməsində mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan ixtisaslaşmış yığcam vahid dövlət qurumu yaradılıb. Bu strukturun tərkib hissələri Əqli Mülkiyyət Agentliyi başda olmaqla zamanın çağırışlarına uyğun olaraq səmərəliliyin artırılması məqsədilə Respublika Elmi-texniki Kitabxanası istisna olmaqla, publik hüquqi şəxs qismində çıxış edir.

İnstitusional islahat nəticəsində strukturda çalışan dövlət qulluqçularının sayı 43 nəfər azaldılaraq, il ərzində 1 milyon 100 min manatdan artıq vəsaitə qənaət etmək imkanı yaradılıb, dövlət büdcəsindən yalnız Əqli Mülkiyyət Agentliyinin dövlət qulluqçularına bərabər tutulan işçilərin əməyi maliyyələşdirilərək, Agentliyin saxlanma xərcləri və tabeliyində olan iki mərkəzin bütövlükdə fəaliyyəti özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilir.

Qeyd edilib ki, agentliyin qarşısında duran əsas vəzifələr müəllif və oxşar hüquqların qorunması və təmini, rəqəmli hüquqların idarə edilməsi və kontrafaksiya və piratçılığa qarşı mübarizə ilə yanaşı, sənaye mülkiyyəti obyektlərinin idarə olunması və bu idarəçiliyin zamanın müasir tələblərinə uyğun təşkili, patent və əmtəə nişanlarına dair müraciət edən şəxslər üçün dürüstlüyün, açıqlığın və şəffaflığın təmin olunmasıdır. Vurğulanıb ki, ərazisi azalmış, müxtəlif əlverişsiz yerlərə səpələnmiş, fondlarının müəyyən hissəsi itirilmiş və yarasız vəziyyətə salınmış, nəticədə istifadəçilərini və nüfuzunu itirmiş Respublika Elmi-Texniki Kitabxanasının fəaliyyətinin müasir tələblərə uyğun yenidən qurulması böyük əhəmiyyət daşıyır. Bu vəzifələrin yerinə yetirilməsində, əqli mülkiyyətin əhəmiyyətinin və faydasının artırılmasında əsas prinsip Prezidentin iqtisadi islahatlarının uğurla həyata keçirilməsinə xidmət etmək, cəsarətlə keçirilən tədbirlərə dəstək olmaq, elmi-tədqiqat nəticələrindən kommersiyalaşma potensialı olan texnologiyaları seçmək və tətbiq etməkdir. Diqqətə çatdırılıb ki, əqli mülkiyyəti investisiyaların cəlb edilməsi və innovasiyaların həyata keçirilməsində fəal aktora çevirmək, özlüyündə abstrakt vasitədən sosial-iqtisadi uğurların aparıcı amilləri sırasında yerini tutmaq vacib məsələlərdir. Təsadüfi deyil ki, yaşadığımız texnologiyaların sıçrayış dövründə və innovasiyaların "rəqəmsal imperativ" zamanında innovativ inkişaf tədqiqatların nəticəsində əldə edilən biliklərin və texnologiyaların, investisiyaların və əqli mülkiyyətin yaratdığı insan kapitalının ekosistemidir. Odur ki, tanınmış mütəxəssislərin fikrinə əsasən, "gələcəkdə əqli mülkiyyətin beynəlxalq arxitekturası və formasının texnologiyalar tərəfindən getdikcə daha çox diqtə ediləcəyi və onu idarə etməsi qaçılmazdır". Bununla da, texnologiyaların əqli mülkiyyətin mövcud landşaftına köklü təsiri və öz növbəsində əqli mülkiyyətin buna qarşı çıxmaması, əksinə, ona uyğunlaşması vurğulanmalıdır. Sənaye mülkiyyəti ilə bağlı olan patent təşkilatı yalnız öz maraqları ilə kifayətlənməməli, fəaliyyətinin təhlilini özünə aid göstəricilər əsasında qurmamalı, ixtira və patent aktivliyini innovasiyalı proseslərə təsiri ilə ölçməlidir və onun fəaliyyəti bu istiqamətə yönəldilir.

Daha sonra bildirilib ki, Əqli Mülkiyyət Agentliyinin fəaliyyətini təkmilləşdirərək, real iqtisadiyyatda mütləq dövlət yardımına söykənməyən avtonom, müstəqil hərəkətverici qüvvələrin oyadılmasına diqqət yetirilməlidir. Belə ki, həmin qüvvələr real iqtisadiyyatı innovasiya tipli iqtisadiyyata çevirməyə qadir ola bilsin. Bu səbəbdən ixtira fəaliyyəti elə stimullaşdırılmalıdır ki, yaradılan biliklərin real satılan məhsullara çevrilməsi təmin edilsin.

İnnovativ iqtisadiyyatda innovasiyalar istehsalatın mühüm amili kimi əsas iqtisadi resursa – intellektual kapitala söykənir və varlığın, zənginliyin yaranma mənbəyi, texnoloji, intellektual və informasiya rentasından irəli gəlir. Bu amillərə Əqli Mülkiyyət Agentliyi öz payına düşən töhfələri verməyə çalışır.

Vurğulanıb ki, 2018-ci il Davos İqtisadi Forumunun Rəqabətqabiliyyətliliyi İndeksinə əsasən, "Təsisatlar" altindeksində "Əqli mülkiyyət hüquqlarının qorunması" göstəricisi üzrə Azərbaycan 36-cı yerdə qərarlaşıb və MDB məkanında liderdir. Bununla belə, irəliyə baxaraq, ehtiyatlarımızı istifadə etməliyik. Belə ki, Davos İqtisadi Forumunun Rəqabətqabiliyyətlilik reytinqində "Patent ərizələri" və "Əmtəə nişanlarına ərizələr" göstəricilərinə görə Azərbaycan müvafiq olaraq, 87-ci və 101-ci yeri tutub. Azərbaycan Prezidentinin müvafiq fərmanlarına əsasən yeni yaradılmış Əqli Mülkiyyət Agentliyində hazırda bu istiqamətdə, həm də elmi nəşrlərin H-indeksi istiqamətində işlər görülür.

ÜƏMT-nin baş direktoru Frensis Qarrinin 2018-ci il iyunun 4-6-da Azərbaycana rəsmi səfər proqramı çərçivəsində "Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi" mövzusunda beynəlxalq konfrans və "Qeyri–maddi aktivlər və qlobal dəyərlər zənciri: İqtisadiyyat innovasiyaların faydalarından necə yararlanır?" mövzusunda regional seminar keçirilib, universitet və elmi-tədqiqat institutlarında yaradılmış startapların nailiyyətlərini nümayiş etdirən sərgi təşkil edilib. Həmin sərgidə 21 startap-layihə nümayiş etdirilib, onların 16-sı yerli universiteti, 2-si özəl şirkəti, 3-ü AMEA-nı (Yüksək Texnologiyalar Parkı) təmsil edib.

2018-ci il dekabrın 18-də ÜƏMT-in Cenevrədəki mənzil-qərargahında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Əqli Mülkiyyət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ÜƏMT və Beynəlxalq Telekommunikasiya İttifaqının birgə təşkilatçılığı ilə "Azərbaycanda əqli mülkiyyətin inkişafı və onun regiona təsiri: innovativ və yüksək texnologiyalar üzrə startapların təqdimatı" mövzusunda beynəlxalq konfrans, Azərbaycanın innovativ və yüksək texnologiyalı startaplarına həsr olunan sərginin təşkil olunub. Həmin beynəlxalq tədbirin xüsusi əhəmiyyəti yeniləşən islahatçı ölkə – Azərbaycanın müasir simasını dünyaya, beynəlxalq ekspert cəmiyyətinə nümayiş etdirməsindədir.

Qeyd edilib ki, dövlətimizin başçısının vergi islahatları çərçivəsində startaplar, mikro və ya kiçik sahibkarlıq subyektləri üçün yeni üfüqlər açılır. Belə ki, mikro və ya kiçik sahibkarlıq subyekti olan fiziki şəxslər "startap" şəhadətnaməsini aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirdən 3 il müddətinə gəlir vergisindən azaddırlar, hüquqi şəxs kimi fəaliyyət göstərən həmin subyektlər 3 il müddətinə əldə etdikləri mənfəət vergisindən azad olunurlar.

Konfrans işini davam etdirir.

YUNİSEF uşaqları qorumaq çağırışı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat verib
YUNİSEF uşaqları qorumaq çağırışı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat verib
Döyüş meydanından qaçan düşmən qüvvələri məhv edilib (VİDEO)
Döyüş meydanından qaçan düşmən qüvvələri məhv edilib (VİDEO)
Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə telefonla danışıb (FOTO)
Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə telefonla danışıb (FOTO)
Loading Bars
Xəbər lenti
İtaliyada sutkada koronavirusla yoluxma hallarında rekord artım qeydə alınıb
YUNİSEF uşaqları qorumaq çağırışı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat verib
Prezident İlham Əliyev: Ermənistan üçün nə əxlaq normaları var, nə şərəf, nə ləyaqət
Prezident İlham Əliyev Türkiyəni Cümhuriyyət Bayramı münasibətilə təbrik edib (FOTO)
Prezident İlham Əliyev: İnternetdə nümayiş etdirdiyimiz kadrlar əslində, baş verənlərlə müqayisədə çox cüzi hissədir
Azərbaycan Prezidenti: Paşinyanın pakistanlı, türkiyəli xüsusi təyinatlılar barəsində dedikləri növbəti sərsəmlikdir
Prezident İlham Əliyev: Ermənistanın nə qədər xoşuna gəlməsə də, Türkiyə artıq nizamlamaya cəlb olunub
Prezident İlham Əliyev: Ermənistan rəhbərliyinin qeyri-adekvatlığını nəzərə alsaq, indi həmin görüşlərin nə dərəcədə səmərəli olacağını bilmirəm
Prezident İlham Əliyevdən Ermənistana cavab çağırışı: Dağlıq Qarabağın müstəqilliyini tanıyın
Türkiyədə koronavirusdan sağalanların sayı 319 mini keçib
Prezident İlham Əliyev: Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərində heç vaxt heç bir referendum olmayacaq
Prezident İlham Əliyev: Türkiyə ilə Rusiyanın yaxınlaşması regional təhlükəsizliyin mühüm amilidir
Azərbaycan Prezidenti: Əgər kimsə ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsə, qoy, öz ərazisinin bir hissəsində yaratsın
Prezident İlham Əliyev Ermənistanın müdafiə naziri haqqında: Necə olub ki, belə alçaldıcı məğlubiyyətdən sonra o, indiyə qədər istefa verməyib
Azərbaycan Prezidenti: İraqa tətbiq olunan sanksiyalardan hətta biri Ermənistana tətbiq edilsəydi, münaqişə çoxdan həll edilərdi
Azərbaycan Prezidenti: Bu gün baş verənlər Paşinyanın düşünülməmiş və təhlükəli fəaliyyətinin nəticələridir
Prezident İlham Əliyev: Minsk qrupunun həmsədrlərinin Ermənistana təzyiq göstərməsinin mümkün olmaması çoxlu suallar doğurur
Prezident İlham Əliyev: Əgər biz razılığa gəlsək erməni qoşunları Kəlbəcər və Laçın rayonlarından, habelə Ağdam rayonunun bir hissəsindən dərhal çıxarılmalıdır
Azərbaycan Prezidenti: Ermənistan vasitəçilərə bir söz deyir, özləri isə tamam başqa iş görürlər
Prezident İlham Əliyev: Hər bir insan həyatı dəyərlidir, bizim itkilərimiz minimaldır
Prezident İlham Əliyev: Erməni tərəfinin itkisi 5 mindən çox ola bilər
Ceyhun Bayramov və İsveçrə Xarici İşlər Departamentinin rəhbəri arasında telefon danışığı baş tutub
Bərdənin vurulma anı (VİDEO)
Ermənistan terroru nəticəsində Bərdədə öldürülən şəxslərin adları açıqlanıb - SİYAHI
Onlar elə bilirlər ki, bizi qorxudacaqlar, amma... - Erməni raketinin yaraladığı Bərdə sakinləri danışır (FOTO)
Ermənistanın Bərdəyə raket hücumu nəticəsində həlak olan şəxslərin adları açıqlandı
İran ilk günlərdən Azərbaycanın ərazilərinin işğal olunmasına müxalif olub - İran XİN müavini
Prezident İlham Əliyev: İran-Azərbaycan əlaqələri son illər ərzində çox sürətlə inkişaf edib
Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır - Seyid Abbas Əraqçi (ÖZƏL)
Prezident İlham Əliyev: Əgər Ermənistan öz xoşu ilə işğal edilmiş qalan torpaqlardan çıxmasa, onları oradan da qovacağıq
Ceyhun Bayramovun Böyük Britaniyanın Dövlət Naziri ilə telefon danışığı olub
İran günahsız insanların öldürülməsini və şəhərlərin atəşə tutulmasını qəbuledilməz hesab edir - Əraqçidən ÖZƏL açıqlama
Döyüş meydanından qaçan düşmən qüvvələri məhv edilib (VİDEO)
Prezident İlham Əliyev İran Prezidentinin xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)
FHN-in rəhbər heyəti hazırda Bərdə rayonundadır (FOTO)
Azərbaycan artilleriyaçıları düşməni belə məhv edir (VİDEO)
Ermənistan mülki insanlara qarşı növbəti dəfə terror akı törətməklə beynəlxalq hüququ kobud şəkildə pozdu - Ombudsman
Azercell Bərdəlilərin yanındadır!
Ermənistanın Bərdəyə raket atəşi nəticəsində yaralananların vəziyyəti ağırdır - Xəstəxana direktoru
Dinc əhalini atəşə tutan düşmənin canlı qüvvəsi sərrast atəşlə məhv edilib (VİDEO)
Düşmən bilməlidir ki, heç bir təxribat zəfər yolumuza mane ola bilməz - Anar Eyvazov
Pakistan Milli Assambleyası Ermənistan təcavüzünü pisləyən qətnamə qəbul edib
Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə telefonla danışıb (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Bu cür vəhşicəsinə hücumlar onu göstərir ki, ermənilərin qəddarlığının həddi yoxdur (FOTO)
Bölmələrimiz şəhər və rayonlarımıza atəş açan düşməni məhv edib (VİDEO)
Türkiyədə general Polad Həşimov adına park açılıb (FOTO)
Ədliyyə Nazirliyi nüfuzlu beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb
Ceyhun Bayramov və ABŞ Dövlət katibinin müavini arasında telefon danışığı olub
Dövlət Komitəsi Azərbaycan diasporuna və dost xalqların diaspor nümayəndələrinə müraciət edib
İşğal etdiyi ərazilərdən çıxmamaq üçün hər yola əl atan Ermənistan rəhbərliyi ağıl və vicdanını itirmiş bir şəkildə hərəkət edir - Türkiyə XİN
Ermənistan Azərbaycanın dinc sakinlərinin ölümünə görə məsuliyyət daşıyır - Türkiyə Prezident Administrasiyası
Fransa prezidenti Emmanuel Makronun erməni kökləri - Elxan Ələsgərovun araşdırması
İran Azərbaycana hərtərəfli şəkildə dəstək verməlidir - İranlı deputat
Ombudsmanın MPQ üzvləri tərəfindən Gəncə şəhər Uşaq Evinə başçəkmə həyata keçirilib (FOTO)
İşğal altında olan meşələrimiz barədə məlumatlar yox dərəcəsindədir - Botanika İnstitutu
Bakı Beynəlxalq Enerji Xartiyası Forumu başa çatıb (FOTO)
Düşmən belə məhv edilir - Azərbaycan Ordusu tarix yazmağa davam edir (VİDEO)
KOBİA-nın tərəfdaşlığı ilə Sosial Sahibkarların Beynəlxalq Forumu keçirilib
Pakistan səfiri ermənilərin Bərdədə törətdiyi terror əməlini pislədi
Tanınmış alimlər Dillər Universitetinə yazırlar: Dualarımız sizinlədir, Qarabağ Azərbaycandır
Ermənistanın vəhşi əməlləri barədə susmaq cinayətkarları növbəti vəhşiliklərə təhrik etməyə bərabərdir - XİN-in bəyanatı
Müvəkkil İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib (FOTO)
Oktyabrın 29-da manatın dollara qarşı məzənnəsi
Bərdədə ölən və yaralananlar arasında uşaqlar da var - Baş həkim
MDU rektoru "Əsgərə məktub" layihəsinə qoşulub (FOTO)
Giriş-çıxışın dayandırıldığı şəhər və rayonların sayı artırıldı
Azərbaycanda xüsusi karantin rejimi uzadıldı
Ermənistan ordusu atəşkəs razılaşmalarını pozmaqla mülki şəxslərin soyqırımına davam edir - TMMN
İran Bərdəyə hücumu kəskin şəkildə pislədi
Bərdəyə hücum bir daha Ermənistanın terrorçu mahiyyətini təsdiq edir - Türkiyə Milli Müdafiə Nazirliyi
26 iaşə obyektində koronavirusla bağlı qaydalara əməl olunmadığı aşkarlandı
Cinayətkar Ermənistan rəhbərliyi mülki əhalimizə qarşı terrorun cavabını ağır ödəyəcək - Deputat
Prezident İlham Əliyev: Zəngilan, Füzuli, Cəbrayıl və Qubadlının bir neçə kəndi işğaldan azad edildi
TİKA Azərbaycanın işğaldan azad olunmuş rayonlarında KOB sektorunun inkişafında və məşğulluğun artırılmasında maraqlıdır
Söz azadlığından danışan Fransada erməni lobbisinin bu azadlığı boğması qəbuledilməzdir - Politoloq
Prezident İlham Əliyev: Bərdə sakinlərinin qisası yerdə qalmayacaq
Ermənilər Tərtəri yenidən qrad atəşinə tutub
Azərbaycanda son sutkada 988 nəfər COVID-19-a yoluxub, 340 nəfər sağalıb, 11 nəfər vəfat edib
Daxili Qoşunların hərbi qulluqçuları Bərdəyə göndərildi - DİN
“Həkimlərimizi tanıyın!” - həkim-dermatoveneroloq Dr. Sevinc Kərimova
Bərdədə ölənlər arasında FHN-in əməkdaşı da var
Bərdədə ölənlərin sayı 21 oldu, 70 yaralı var (ƏLAVƏ OLUNUB) (FOTO)
Düşmən Zəngilanda diversiyaya cəhd etdi, hamısı məhv edildi (VİDEO)
Astarada evini tərk edən COVİD-19 xəstəsi mağazada saxlanıldı
Bərdənin qisası alınır: Erməni hərbçiləri belə məhv edilir (VİDEO)
Mərkəzi Gömrük Hospitalında Patomorfoloji diaqnostika şöbəsi yaradılıb
Düşmən Tərtər rayonunun ərazisini yenidən atəşə tutub
Azərbaycan "Facebook" şirkətinə müraciət edib
Gəncədə koronavirusla bağlı qərargah maarifləndirmə tədbirlərini davam etdirir
Tibb işçilərini Dağlıq Qarabağda zorakılıqdan qorumaq vacibdir - ÜST
İranda sutka ərzində koronavirusdan 415 nəfər dünyasını dəyişib
Bərdədə ölənlərin hər biri günahsız insanlardır - Hikmət Hacıyev
Bərdədə erməni terroru törədilən ərazidə son vəziyyət - VİDEO
Bərdədə erməni terroru olan ərazidə xilasetmə işləri davam etdirilir - FHN
Düşmən dezinformasiya yaymaqla törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır - Müdafiə Nazirliyi
Ermənistan mülki insanlarımıza hücumları davam etdirsə, lazımi tədbirlər görüləcək - Prezidentinin köməkçisi
Hikmət Hacıyev hərbi atteşeləri Bərdəyə səfər etməyə çağırıb
Ermənistan Dağlıq Qarabağda həlak olan hərbçilərinin sayını açıqlayıb
Bərdəyə kasetli bombadan hücum Azərbaycan xalqına qarşı növbəti soyqırımdır - Hikmət Hacıyev
Bakı Beynəlxalq Enerji Xartiyası Forumu öz işinə başlayıb (FOTO)
Bütün xəbərlər