...

Paytaxtda əsas magistrallarda sürət həddi endirildi

İqtisadiyyat Materials 25 Fevral 2019 16:13 (UTC +04:00)
Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Paytaxtda əsas magistrallarda sürət həddi endirildi

Bakı. Samir Əli - Trend:

Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Qeyd edək ki, səhər saatlarından başlayaraq Bakıda və Abşeronda yağıntılı hava müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağışın isə səhər kəsiləcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz arabir güclənəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 10-13, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti