...

PAŞA Bank Azərbaycanın “Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” adına layiq görülüb

İqtisadiyyat Materials 7 Mart 2019 12:02 (UTC +04:00)
Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank 2018-ci ilin yekunlarına görə yerli bazarda “Təmassız POS terminal infrastrukturu üzrə lider bank” adına layiq görülüb.
PAŞA Bank Azərbaycanın “Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” adına layiq görülüb

Bakı. Trend:

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank 2018-ci ilin yekunlarına görə yerli bazarda “Təmassız POS terminal infrastrukturu üzrə lider bank” adına layiq görülüb. Eyni zamanda, Bank “POS terminallarda nağdsız ödənişlər” və “Təmassız ödəniş kartları” kateqoriyalar üzrə ilk 3 aparıcı maliyyə institutu arasında yer alıb.

Mükafat Azərbaycan Respublikası Mərkəzi Bankı (ARMB) tərəfindən Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə tərəfdaşlıqda bank seqmentinin bütün iştirakçıları arasında illik əsasda keçirilən müsabiqə çərçivəsində verilib. Keçirilən mükafatlandırma mərasimində e-bankçılığın və e-ticarətin gücləndirilməsi, innovativ ödəniş alətlərinin tətbiqi, nağdsız ödənişlərin inkişaf etdirilməsi sahəsində müxtəlif nominasiyalar üzrə nəticələr elan edilib.

PAŞA Bankın İdarə Heyətinin Sədri Taleh Kazımovun qeyd etdiyi kimi, Bank Azərbaycanda dövlət tənzimləyici orqanları tərəfindən nağdsız ödənişlərin gücləndirilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı layihələrdə aktiv iştirak edərək bu sahəyə öz töhfəsini verir:

“Ölkənin ən böyük özəl bankı qismində biz, PAŞA Bankın 2018-2020 illəri əhatə edən İnkişaf Strategiyasının həyata keçirilməsi çərçivəsində səylərimizi biznes fəaliyyətlərimizin transformasiyasına yönəltmişik və “Təmassız POS terminal infrastrukturu üzrə lider Bank” adına layiq görülməyimiz ölkədə nağdsız ödəniş dövriyyəsinin artması işinə töhfə verərək rəqəmsal platformaya keçid istiqamətində növbəti bir nailiyyətimizdir”.

Onu da qeyd edək ki, 2017-ci ilin yekunlarına görə PAŞA Bankın fəaliyyəti yerli bazarda yüksək qiymətləndirilib, Bankımız nağdsız ödənişlər üzrə lider bank adına layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti