...

"AccessBank" sahibkarları biznes foruma dəvət edir

İqtisadiyyat Materials 20 May 2019 11:15 (UTC +04:00)
Vergi və gömrük sahələrinə aid suallarınızın cavabını ekspertlərin dilindən eşidin!
"AccessBank" sahibkarları biznes foruma dəvət edir

Bakı. Trend:

2019-cu ilin iyun ayının 11-də "Four Seasons" hotelində AccessBank-ın təşkilatçılığı ilə biznes forumu keçiriləcək.

Trend-in məlumatına görə, sahibkarların iştirakı ilə baş tutacaq tədbirdə aktual olan məsələlər ətrafında müzakirələr aparılacaq.

Biznes forum paralel keçirilən iki paneldən ibarət olacaq. "Vergi" və "Gömrük" panellərinə qatılanlar AccessBank-ın əməkdaşları, bu sahələr üzrə ixtisaslaşmış ekspertlər, BİG-4 üzvü olan şirkət nümayəndələrinə öz suallarını ünvanlaya bilərlər.

Qeyd edək ki, tədbir saat 15:00-da başlayacaq və 19:00-dək davam edəcək. Tədbirdə iştirak etmək istəyən şəxslər onlayn qeydiyyatdan keçməlidir.

Yerlərin sayı məhdud olduğundan müraciətlərə baxıldıqdan sonra təsdiqlənmiş iştirakçılara məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti