...

Ölkədə zərərli orqanizmlərlə mübarizə tədbirləri ilə bağlı VƏZİYYƏT (FOTO)

İqtisadiyyat Materials 5 İyul 2019 11:31 (UTC +04:00)
Bakıətrafı kəndlərdə respublika üçün xarici karantin hesab edilən zərərli orqanizmlərdən Aralıq dənizi meyvə milçəyi (Ceratitis Capitata Wiedermam, 1824) aşkar edilib.
Ölkədə zərərli orqanizmlərlə mübarizə tədbirləri ilə bağlı VƏZİYYƏT (FOTO)

Bakı. Samir Əli - Trend:

Xəbər verildiyi kimi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində aparılan fitosanitar müşahidələr zamanı Bakıətrafı kəndlərdə respublika üçün xarici karantin hesab edilən zərərli orqanizmlərdən Aralıq dənizi meyvə milçəyi aşkar edilmişdi.

AQTA-dan Trend-ə verilən məlumata görə, zərərli orqanizmlərin aktiv fəaliyyət dövrünü nəzərə alaraq respublika ərazisində yayılma arealının müəyyənləşdirilməsi məqsədi ilə Agentlik əməkdaşları tərəfindən müşahidələrə başlanılıb. Müşahidələr zamanı meyvələrdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstititutunun müvafiq laboratoriyalarına göndərilib, nümunələrdə zərərli orqanizmin özünə və ya izlərinə rast gəlinməyib.

Prosesin daha səmərəli həyata keçirilməsi məqsədi ilə Agentlik tərəfindən Abşeron rayonu, Bakı və Bakıətrafı ərazilərdə feremonlu tutucu tələlərin istifadəsinə başlanılıb. Prosesə iri təsərrüfat sahələrinin sahibləri ilə yanaşı, həyətyanı sahələrin sahibləri də cəlb olunub.

Qeyd edək ki, polifaq zərərvericilərdən olan Aralıq dənizi meyvə milçəyi dünyanın bir çox ölkələrində - Türkiyə, Albaniya, Əlcəzair, Fransa, Yunanstan, Almaniya, İsveç, Avstriya, Belçika, Niderland və s. daha geniş yayılıb. 200-dən artıq meyvə, giləmeyvə və tərəvəz bitkilərinə zərər vurmaq potensialına malik olan bu zərərverici meyvələrin, əsasən lətli hissəsi ilə qidalanır, məhsuldarlığın kəskin aşağı düşməsinə səbəb olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti