...

Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Şimali Osetiya-Alaniya Respublikası arasında memorandum imzalanıb (FOTO)

İqtisadiyyat Materials 29 Avqust 2019 16:46 (UTC +04:00)
Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə Şimali Osetiya-Alaniya Respublikasının Ticarət Sənaye Palatası arasında əməkdaşlıq memorandumu imzalanıb.
Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Şimali Osetiya-Alaniya Respublikası arasında memorandum imzalanıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə Şimali Osetiya-Alaniya Respublikasının Ticarət Sənaye Palatası arasında əməkdaşlıq memorandumu imzalanıb.

Konfederasiyadan Trend-ə verilən məlumata görə, memorandumu ASK adından vitse-prezident Vüqar Zeynalov və Şimali Osetiya-Alaniya Respublikasının Ticarət Sənaye Palatasının prezidenti Kazbek Xazbiyeviç Tuqanov rəsmiləşdirib.

Qeyd edək ki, hazırda Şimali Osetiya-Alaniya Respublikasının Ticarət Sənaye Palatasının bir qrup üzvü Azərbaycanda biznes səfərindədirlər. Səfər çərçivəsində ASK-da görüş keçirən qonaqlar Azərbaycanla iqtisadi əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

K.Tuqanovun sözlərinə görə, Osetiya sahibkarlarının əməkdaşlıq etmək istədikləri ölkələr sırasında Azərbaycan öndədir: “Azərbaycan bizim qonşumuzdur və mental olaraq bir-birimizi tanıyırıq”.

ASK ilə birgə işbirliyinə böyük önəm verdiklərini vurğulayan K.Tuqayev işgüzar əlaqələrin genişlənməsi üçün böyük potensial olduğunu söyləyib.

Görüşdə Şimali Osetiya-Alaniya Respublikasının sahibkarları öz məhsullarının qısa təqdimatını keçiriblər və azərbaycanlı həmkarları ilə danışıqlardan razı qaldıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti