...

LG Azərbaycanda flaqman “MULTİ V 5” havalandırma və yeni maqnetik yastıqlı soyuducu həllərini təqdim etdi (FOTO)

İqtisadiyyat Materials 9 Oktyabr 2019 17:11 (UTC +04:00)
“LG Electronics” “AEM Group” şirkətləri ilə birlikdə yeni “MULTI V 5” dəyişkən doyuducu axını sistemi və maqnetik yastıqlı soyuducuların Azərbaycanda başlayacaq satışı ilə bağlı elan verib.
LG Azərbaycanda flaqman “MULTİ V 5” havalandırma və yeni maqnetik yastıqlı soyuducu həllərini təqdim etdi (FOTO)

Bakı. Trend:

Dünyanın bir çox bazarlarında uğurlu təqdimatdan sonra “LG Electronics” “AEM Group” şirkətləri ilə birlikdə yeni “MULTI V 5” dəyişkən doyuducu axını sistemi və maqnetik yastıqlı soyuducuların Azərbaycanda başlayacaq satışı ilə bağlı elan verib. “MULTI V” sırasının ən yeni modeli olaraq, yeni sistem enerji səmərəliyini optimallaşdıraraq və istifadəçi rahatlığını artıraraq, bənzərsiz rasional funksionallıq təklif edir. Bu özəllikləri ilə o, yaşayış və biznes mühitləri üçün ideal seçimdir.

"LG Electronics"in Körfəz ölkələrində havalandırma həllərinin satış şöbəsinin baş meneceri Caevun Yu yeni məhsulla bağlı sualları cavablandırıb:

- Azərbaycanda İVH sənayesinin gələcəyini necə görürsünüz?

- İsitmə, Ventilyasiya və Havalandırma (İVH) sənayesi etibarlı və səmərəli yaşıl enerji mənbələrinə artan tələbata cavab olaraq növbəti bir neçə il ərzində güclü inkişaf yolu keçməyə hazırlaşır. Qeyd edim ki, tələbatı artmaqda olan sözügedən enerji mənbələri yerli və regional qanunlara uyğundur.

LG-də biz inanırıq ki, sənayenin uğurlu olmağa davam etməsi üçün aparıcı konsultantlara və hökümət orqanlarına əlavə olaraq LG kimi əsas oyunçular da dialoqu davam etdirməli olacaqlar. Birlikdə sənayenin liderləri olaraq biz öz yaşıl və səmərəli təşəbbüslərimiz və həllərimizə töhfə verməyə, onları inkişaf etdirməyə davam edəcəyik.

- LG İVH sənayesində niyə uğurlu oldu?

- LG-nin İVH biznesi son 20 il ərzində çox böyük sürətlə böyümüşdür. LG kondisionerlərinin uğuru çox təvazökar başlanğıclardan günümüzün yüksək rəqabət qabiliyyətli İVH sənayesi nəhənglərindən birinə çevrilməyə qədər böyümüşdür. Bu, LG-nin qlobal bazarın artan tələbatını ödəmək bacarığı sayəsindədir.

LG Multi V Xətti Məhsulları, Soyuducular və BECON (Binanın Enerji Nəzarəti) kimi inteqrasiya edilmiş çoxyönlü texnologiyalı geniş məhsul çeşidinə malikdir ki, bu məhsullar enerji itkisini effektiv şəkildə azaldır və ekoloji təmizliyi artırır

- İVH sənayesi şirkətləri nə üçün yaşıl enerjiyə və enerjiyə qənaət həllərinə investisiya edirlər?

- İVH sənayesi daxilində baş verən sürətli texnoloji yeniliklərlə birgə məhsullarda enerjiyə daha çox qənaət edən və ekologiya ilə dost özəlliklərə daha çox tələbat yarandı. Bu özəlliklər sayəsində məhsullar hökümət və istehlakçı tələblərinə uyğunlaşır.

Regionda (və ondan kənarda) daha çox hökümət qurumu özlərinin enerjiyə daha çox qənaət edən və daha az tullantı buraxan davamlı texnologiyaların tətbiqi ilə bağlı həlledici məsuliyyətlərindən daha çox agah olurlar. Həmçinin, korporasiyalar etiraf edirlər ki, günümüzün istehlakçısı enerjiyə qənaət metodları və tənzimləmələri barədə aşkar şəkildə məlumatlıdır.

- Necə düşünürsünüz, İVH sənayesi hansı yaşıl enerji texnologiyasına yol tapmışdır? LG bu sahəyə necə töhfə verir?

- 21ci əsrdə biz bir çox İVH məhsulları gördük, hansı ki, geotermal imkanlara keçidlərinə görə istehlaka daha sürətlə daxil olmağa başladılar. Geotermal məhsullar təkcə davamlı deyil, onlar həm də daha çox yerdən gələn istilikdən asılıdırlar və məhsulun geotermal olması ilə daha çox innovasiyanın torpaqda yığılmış enerjidən faydalandığını görürük.

LG-nin BECON (Binanın Enerjisinə Nəzarət) kimi innovasiyaları ilə bizneslər artan enerji səmərələliyini təmin etməklə binanın bütöv İVH sistemini hərtərəfli şəkildə effektiv idarə edə və işlədə bilirlər.

- İnsanlar havalandırmadan maksimum dərəcədə necə istifadə edə və öz enerji ödənişlərini (ev/ofis) necə azalda bilərlər?

- Vaxtı keçmiş avadanlıqları enerji ulduzu reytinqinə malik məhsullarla yeniləmək nəzərə alınması gərəkən fundamental dəyişikliklərdən biridir.

Enerjiyə qənaət edən məhsullarla yanaşı, günəş panelləri kimi alternativ enerji mənbələri də köməyə gələ bilər. Baxmayaraq ki, başlanğıcda bu bahalı ola bilər, lakin günəş enerjisinin gücündən tam istifadə ilə bu xərc bir neçə ilə geri qaytarıla bilər.

Enerji məsələləri barədə maariflənməni və məlumatlılığı artırmaq da çox vacibdir.

- Son təxminlər göstərir ki, qlobal İVH bazarı növbəti 5 il ərzində 100 milyard dollara (170 milyard manat) qədər artacaq. Bu bazarın tərkib hissəsi olan sənayelər necə işləməyə davam etməlidirlər?

- Sirr deyil ki, dünya iqtisadiyyatı ekologiya ilə dost və enerjiyə qənaət edən həllərə artan tələbatla birgə doğrudan da böyüməyə başlayıb. Bu, yaşıl hərəkat haqqında artan maariflənmə ilə bağlıdır.

Bu səbəblə, ekologiya ilə dost olan əsas təcrübə və strategiyaları tətbiq etmələri üçün şirkətlər üzərində təzyiq aşkar şəkildə artmaqdadır. Məhz buna görədir ki, bu şirkətlərin əksəriyyəti araşdırma və inkişafa, həmçinin daha az enerji sərfiyyatı dərəcəsi olan məhsullara daha çox investisiya etməyə başlayırlar.

- Bu gün hansı məhsulu təqdim edirsiniz?

- Bu gün biz LG-nin Multi V xəttinə ən yeni əlavəni, daha dəqiq desəm, Multi V 5-ni təqdim etməkdən qürur duyuruq.

Bu İVH həlli yüksək səmərəlilik, performans, uyğunlaşma, rahatlıq və idarə üçün hazırlanmış ən yaxşı dəyişkən soyuducu axımı (DSA) sistemi hesab olunur.

- Multi V 5-in əsas özəllikləri hansılardır?

Dual Sensing Control

- İçəri və çölün temperatur və rütubət səviyyəsini hiss edir

- Ağıllı Yük Nəzarəti (Smart Load Control) çöl qurğularından çıxan soyuducu temperaturuna aktiv nəzarət etməyə imkan verir və rütubət şəraitindən asılı olaraq enerjiyə qənaəti 15 və 31 faiz aralığında artırır

- Rahat Sərinlətmə (Comfort Cooling) artıq dalğalanma olmadan işləmə temperaturunu təyin edilmiş temperatur daxilində mülayim rejimdə saxlayır

2. Ultimate Inverter Compressor

- Aşağı titrəmə və aşağı səs kompressorun etibarlılığını artırır

- Əsasən təyyarə mühərriklərində istifadə edilən PEEK (Polieterterketon) yastıqlarına mallik yeni fırlanma sistemi sayəsində dözümlülük artır

- 15-dən 150 HZ-ə olan əməliyyat diapazonu MULTI V həllinin ənənəvi 10-dan 165-ə diapazonunu üstələyir

- Ağıllı Yağ İdarəetməsi (Smart Oil Management) kompressorun real zamandakı yağ balansını yoxlamaq üçün yağ sensorlarından istifadə edir, bununla da lazımsız yağ bərpası əməliyyatlarını azaldır

3. Geniş tutum – 26 at gücünədək çöl qurğusu

- Qozbel balina üzgəclərindən ilhamlanaraq hazırlanan MULTİ V 5 pəri sayəsində hava axınını 10%-ə qədər artırır

- Biomimetrik pər, dördtərəfli istilik dəyişdiricisi və təkmilləşdirilmiş kompressor birləşərək tutumu artırır və tək bir çöl qurğusunun gücünün 26 at gücünə çatmasını mümkün edir

4. Ocean Black Fin

- Təkmilləşdirilmiş dayanıqlıq və performans üçün hazırlanıb və müxtəlif xarici korroziya şəraitindən qoruyur

- Hidrofilik lentin köməyilə nəmin yığılmasını azaldır

- Məhsulun ömrünü uzadır və həm əməliyyat, həm də təmir xərclərini azaldır.

5. Continuous Heating

- Aşağıdakılar sayəsində günlük isitmə əməliyyatı vaxtını 11% artırır və cihaza enerji girişini 7% azaldır:

- İkili hiss nəzarəti sensoru vasitəsilə gecikdirilən defrost

- Natamam defrost

- Yağ sensoru vasitəsilə lazımsız yağ qayıdışını aradan qaldırır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti