...

Gürcüstanla mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib (FOTO)

İqtisadiyyat Materials 30 Oktyabr 2019 01:39 (UTC +04:00)
Mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini Badri Maysuradze ilə görüşüb.
Gürcüstanla mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini Badri Maysuradze ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Ə.Qarayev qonaqları salamlayaraq mədəniyyət sahəsində iki ölkə arasında əlaqələrin dinamik inkişafından məmnunluğunu ifadə edib, əməkdaşlığı daha da genişləndirmək üçün yaxşı imkanların olduğunu bildirib.

Səmimi qəbula görə minnətdarlığını bildirən Badri Maysuradze Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Söhbət zamanı mədəniyyətin ayrı-ayrı sahələri, xüsusən teatr sahəsində yaradıcılıq mübadiləsi ətrafında məsələlər müzakirə olunub.

Nazir Ə.Qarayev diqqətə çatdırıb ki, Azərbaycan Gürcüstanla, eləcə də müxtəlif ölkələrlə mədəniyyət sahəsində layihələr reallaşdırır. Teatr, elmi araşdırmalar, musiqi, rəssamlıq, opera, xoreoqrafiya və digər sahələrdə təcrübə mübadiləsi həyata keçirilir. Yaradıcı gənclər birgə layihələrdə yaxından iştirak edirlər. Birgə tamaşalar, dirijorların orkestrlərlə çıxışları, aktyor və musiqiçilərin səfərləri bu əməkdaşlıq sahəsində mədəniyyətləri bir-birinə yaxın edir.

Nazir qonaqlara ölkəmizin zəngin mədəniyyəti haqqında məlumat verib. Bildirib ki, son illər ölkəmizdə mədəniyyət sahəsinin inkişafı, mədəni irsin qorunması və bu istiqamətdə beynəlxalq əlaqələrə xüsusi önəm verilir.

Qarşılıqlı əlaqələrin perspektivlərindən söz açan Badri Maysuradze vurğulayıb ki, Azərbaycanda musiqinin müxtəlif janrlarını əhatə edən beynəlxalq festivallar keçirilir və Gürcüstanın incəsənət xadimləri bu festivallarda hər zaman fəal iştirak etməyə hazırdır.

Görüşdə iştirak edən Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze də ölkələrarası əlaqələrdə mədəniyyətin xüsusi yeri olduğunu vurğulayıb, səfirlik olaraq bu yöndə layihələrə dəstək verdiklərini deyib.

Sonda hər iki ölkənin rayonlarında qarşılıqlı mədəniyyət dərnəklərinin yaradılması istiqamətində yeni layihələr və müxtəlif istiqamətlərdə kadr hazırlığı sahəsində görülə biləcək işlər haqqında söhbət aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti