...

BMT rəsmisi: Azərbaycanda zorakılığa məruzqalma 760 milyon dollar itki deməkdir

İqtisadiyyat Materials 13 Dekabr 2019 14:11 (UTC +04:00)
Azərbaycanda zorakılığa məruzqalma Ümumi Daxili Məhsulun 2 faizini təşkil edir ki, bu da 760 milyon dollar edir.
BMT rəsmisi: Azərbaycanda zorakılığa məruzqalma 760 milyon dollar itki deməkdir

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda zorakılığa məruzqalma Ümumi Daxili Məhsulun 2 faizini təşkil edir ki, bu da 760 milyon dollar edir.

Trend-in məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai zorakılığa məruz qalanlara hüquqi yardımın təşkili üzrə memorandumun imzalanması mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, zorakılığa məruz qalanlara hüquqi yardımın təşkili qadınların hüquqlarının müdafiəsi üçün atılan növbəti bir tarixi hadisədir.

Q.İshaqzai əlavə edib ki, zorakılığa məruzqalmanın çox böyük fəsadları var: "Bu, iqtisadi baxımdan qlobal səviyyədə milyardlarla dollar itkinin olması deməkdir. Bunu hər kəs, o cümlədən Azərbaycan höküməti nəzərə almalıdır. Zorakılıqdan zərərçəkmiş insanların müdafiəsi və onların vəziyyətinin bərpa edilməsi ilə bağlı imzalanan memorandum bu istiqamətdə gördüyümüz tədbirləri daha da gücləndirir. Əgər zorakılığa məruz qalan qadının yardıma ehtiyacı varsa, biz ona mümkün yardımın göstərilməsini təmin etməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti