...

Azay Quliyev: "Sosial sifarişlər haqqında" qanun layihəsinin qəbulu çox aktualdır

İqtisadiyyat Materials 17 Dekabr 2019 12:18 (UTC +04:00)
Bu gün "Sosial sifarişlər haqqında" qanun layihəsinin qəbulu çox aktualdır.
Azay Quliyev: "Sosial sifarişlər haqqında" qanun layihəsinin qəbulu çox aktualdır

Bakı. İlhamə İsabalayeva -Trend:

Bu gün "Sosial sifarişlər haqqında" qanun layihəsinin qəbulu çox aktualdır.

Trend-in məlumatına görə, bunu “Sosial xidmətlər sahəsində QHT-lərlə əməkdaşlıq, nailiyyətlər və perspektivlər” mövzusunda konfransda Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib.

Onun sözlərinə görə, bu layihə şura tərəfindən hazırlanaraq Milli Məclisə təqdim olunub.

A.Quliyev ümid edir ki, Milli Məclisin növbəti çağırışı formalaşarkən bu məsələyə də baxılacaq:

"Qanunvericilik sahəsində bəzi boşluqlar var. Hələ bir neçə il əvvəl "Sosial xidmətlər" haqqında qanun qəbul edildi. Amma təcrübə onu göstərir ki, yeni yanaşmaya ehtiyac var. Bu yan aşma ondan ibarətdir ki, "Sosial sifarişlər haqqında" qanun layihəsinə ehtiyac var. Bu gün heç kimə sirr deyil ki, bütün dünyada sosial təminat xidmətlərinin satınalınmanın böyük əksəriyyəti məhz QHT tərəfindən həyata keçirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti