...

Ötən il Azərbaycanda 1300 km-dən artıq yol çəkilib (FOTO)

İqtisadiyyat Materials 28 Yanvar 2020 13:52 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

2019-cu il üçün tərtib edilmiş “Tədbirlər Planı”na uyğun olaraq Azərbaycanda 1376.6 km uzunluğunda 56 layihə başa çatıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Agentliyin 2019-cu ilin yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrin icrasına həsr olunan kollegiya iclasında deyib.

S.Məmmədov bildirib ki, bura 7 respublika əhəmiyyətli, 39 kəndlərarası, 10 Bakı şəhərinin qəsəbələrarası avtomobil yolu layihələri, 14 yeni körpünün və 7 piyada keçidinin tikintisi işləri daxildir.

Sədrin sözlərinə görə, bundan əlavə, “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu vəsaiti hesabına uzunluğu 43.8 km oln 3 respublika əhəmiyyətli, uzunluğu 79.3 km olan 13 kəndlərarası avtomobil yolu layihəsi, habelə uzunluğu 197.6 km olan Bakı şəhər yollarının tikintisi, yenidən qurulması və təmiri işləri yerinə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti