...

Müfəssəl plan hazırlanarkən BU ŞƏRT də nəzərə alınacaq

İqtisadiyyat Materials 12 Fevral 2020 09:41 (UTC +04:00)
Azərbaycanda müfəssəl planın hazırlanması zamanı nəzərə alınan halların sayı artırılıb.
Müfəssəl plan hazırlanarkən BU ŞƏRT də nəzərə alınacaq

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda müfəssəl planın hazırlanması zamanı nəzərə alınan halların sayı artırılıb.

Trend-in məlumatına görə, bununla əlaqədar Nazirlər Kabineti “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı”nda dəyişiklik edib.

Bu dəyişikliyə əsasən, müfəssəl planın hazırlanması zamanı strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi də nəzərə alınacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti