...

Türkiyədən Azərbaycana polad ixracı azalıb

İqtisadiyyat Materials 6 Mart 2020 09:20 (UTC +04:00)
2020-ci ilin yanvarında Türkiyədən Azərbaycana polad ixracı 2019-cu ilin yanvarı ilə müqayisədə 17,84 faiz azalaraq 6,917 milyon dollar təşkil edib
Türkiyədən Azərbaycana polad ixracı azalıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

2020-ci ilin yanvarında Türkiyədən Azərbaycana polad ixracı 2019-cu ilin yanvarı ilə müqayisədə 17,84 faiz azalaraq 6,917 milyon dollar təşkil edib.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyənin polad ixracı 2019-cu ilin yanvarı ilə müqayisədə 4 faiz azalıb və 1,148 milyard dollara bərabər olub.

Bu ilin yanvarında polad ixracı Türkiyənin ümumi ixracının 7,8 faizini təşkil edib.

Qeyd edək ki, 2019-cu ildə Türkiyənin polad ixracı 13,798 milyard dollar və ya ümumi ixracın 7,6 faizini təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti