...

Rabitəbankdan “Made in Azerbaijan” brendinə dəstək! (FOTO)

İqtisadiyyat Materials 25 Fevral 2020 13:30 (UTC +04:00)
İxracatçılarla keçirilən görüşdə önəmli məsələlər müzakirə olunmuşdur.
Rabitəbankdan “Made in Azerbaijan” brendinə dəstək! (FOTO)

Bakı. Trend:

İxracatçılarla keçirilən görüşdə önəmli məsələlər müzakirə olunmuşdur.

Rabitəbank, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO)-nun birgə təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində ölkədə İxrac ilə məşğul olan 50-ə yaxın Kiçik və Orta Biznes sahiblərinin nümayəndələri ilə birgə görüş keçirilmişdir.

Tədbirdə, bankın İdarə heyətinin sədr müavini Orhan Gültekin isə Rabitəbankın sahibkarlar üçün təklif etdiyi bank məhsulları ilə yanaşı yerli istehsalat və brendlərin ölkədən kənar tanınması və ixrac potensialının artırılması üçün məhz İxracatçılara yönəlmiş yeni “İxracatçı” biznes krediti və güzəşli digər bank məhsullar barədə geniş məlumatlar təqdim etmişdir. Həmçinin, AZPROMO-dan İxracın təşviqi departamentinin direktoru Fuad Cəfərov və KOBİA-nın İdarə heyətinin sədr müavini Mehman Abbas tədbirdə çıxış edərək, sahibkarların suallarını cavablandırmış və təklifləri dinləmişdilər.

Qeyd edək ki. Rabitəbankın ixracatçılar üçün təklif etdiyi özəl “İxracatçı” kredit məhsuldan, ABŞ dolları üzrə cəmi 4.9%, Azərbaycan manatı üzrə 13.9% ilə, 36 ayadək faydalana biləcəklər. Əlavə güzəşt olaraq kredit alan sahibkarlara , ixracdan daxil olan vəsaitin konvertasiyası və XÖHKS ilə köçürülməsi üzrə komisyası 0%, Kreditin rəsmiləşdirilməsi və ixracdan daxil olan vəsaitin nağdlaşdırılması komisyasına 50% endirim olunacaq.

Rabitəbank, Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-ı, Rabitəbank Mobile adlı mobil əlavəsi, İnternet Bankinq və RabitaBot adlı çatbotu ilə müştərilərin xidmətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti