...

1700-dən çox fərdi yaşayış evinə qaz veriləcək

İqtisadiyyat Materials 3 Mart 2020 14:48 (UTC +04:00)

Bakı. Trend:

“Azəriqaz” İstehsalat Birliyi 2020-ci il üzrə qazlaşdırma işlərinə başlayıb.

Birlikdən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin 2020-ci il 2 mart tarixli Sərəncama əsasən, 4 şəhər və rayon üzrə 6 yaşayış məntəqəsində 1700-dən çox fərdi yaşayış evi təbii qazla təmin olunacaq.

Sərəncam əsasında SOCAR-a 9 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Gəncə şəhəri Şıxzamanlı və Cavadxan qəsəbələrinin yeni yaşayış massivlərində 980-dək fərdi ev, Daşkəsən rayonunun Aşağı Daşkəsən və Kəmərqaya kəndlərində 200-dən çox fərdi ev, eyni zamanda Göygöl rayonunun Toğanalı kəndində 390-a və Samux rayonunun Şərkar kəndi ərazisindəki yeni massivdə 150-ə yaxın fərdi ev qazlaşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti