...

Müəyyən məhsullarda müşahidə edilən qiymət artımı mövsümi xarakter daşıyır - Nazirlik

Gündəm Materials 9 Aprel 2020 11:15 (UTC +04:00)
Müəyyən məhsullarda müşahidə edilən qiymət artımı mövsümi xarakter daşıyır - Nazirlik

Bakı. İlhamə İsabalayeva – Trend:

Kənd Təsərrüfatı Nazirliyi soğan, kartof və digər bəzi kənd təsərrüfatı məhsullarının qiymətinin artmasına münasibət bildirib.

Trend-in məlumatına görə, Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov deyib ki, fermerlər istehsala çəkdikləri müəyyən xərclərinə görə məhsullarını baha qiymətə satmaqda maraqlı olurlar. Amma hazırda kənd təsərrüfatı məhsullarının qiymət artımının baş verməsi üçün heç bir səbəb yoxdur.

O, müəyyən məhsullar üzrə hazırda müşahidə edilən qiymət artımının da mövsümi xarakter daşıdığını söyləyib:

“Ölkədə məhsul qıtlığından söhbət gedə bilməz. Çünki bölgələrdə, eyni zamanda Abşeronda istixanalarda bol məhsulumuz var, onlar yığılır və tədarük olunaraq daxili istehlakçılarımıza təqdim olunur. Soğana gəldikdə, artıq köhnə soğan tükənmək üzrədir, bölgələrdə yeni soğan məhsulunun yığımına başlanılıb. Bu həftə ərzində marketlərə, bütün bazarlara fermerlər tərəfindən yeni istehsal olunan soğan təqdim olunacaq və qıtlıq olmayacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti