...

Siyəzəndə alternativ enerji istehsalı - Fermer günəş və küləkdən enerji əldə edir (VİDEO)

İqtisadiyyat Materials 4 İyun 2020 18:14 (UTC +04:00)

Bakı. Trend:

Trend atv.az-a istinadən xəbəri təqdim edir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına əsasən dünyada kənd təsərrüfatı ilə məşğul olan insanların sayı ildən ilə azalır. İşıq, su və qazın olmaması, əlverişsiz yollar, telefon və internet kimi xidmətlərdən istifadə edə bilməmək insanları aqrar sektordan uzaqlaşdırır. Oxşar problemlər bəzən öləkəmizdə də müşahidə edilir. Lakin yeni texnologiyaların tətbiqi fermerlərin bir sıra çətinliklərini aradan qaldırmağa imkan verir. Əməkdaşlarımız kənd təsərrüfatında tətbiq edilən bu texnologiyalardan biri ilə tanış olmaq üçün Siyəzəndə yerləşən heyvandarlıq təsərrüfatına baş çəkib.

Uzun müddətdir heyvandarlıqla məşğul olan Tapdıq Əsgərovun qışlaq sahəsi Siyəzən rayonundan 25 kilometr məsafədə yerləşir. Deyir elektrik enerjisi olmasa, təsərrüfatla məşğul olmaq mümkün deyil. Heyvanların yemlənməsi, sağılması, çobanların məişət tələblərinin ödənilməsi üçün işıq əsas məsələlərdəndir.

Səbuhui Turan - müxbir

Kənd təsərrüfatında, xüsusilə qoyunçuluqla məşğul olan fermerlər elektrik enerjisini əldə etməkdə ciddi çətinliklə üzləşirlər, yaylaqlar və qışlaqlar yaşayış məntələqindən uzaqda yerləşdiyindən onlar elektrik enerjisi əldə edə bilmirlər. Lakin artıq bəzi fermerlər bu məsələdən çıxış yolunu tapıblar - Alternativ enerji.

Əvvəllər işıq əldə etmək üçün generatorlardan istifadə ediblər. Lakin hər dəfə yanacağın alınması və uzaq məsafəyə daşınması çətinlik yaratmaqla bərabər böyük xərc tələb edir. Ona görə də işıq problemini birdəfəlik həll etmək qərarəna gəlib və çıxış yolunu günəş və külək enerjisindən istifadədə görüb.Üstəlik bu qurğuların quraşdırılması ona təsəvvür etdiyindən də qat-qat ucuz başa gəlib.

Tapdıq Əsgərov - fermer

Qiyməti belədi ki, bu panellərin sayından asılıdı, panelin sayı da o deməkdir ki, nə qədər burda işıq enerjisindən istifadə eliyəcəksən. Ola bilər ki 2 paneldən sənə sərf eləsin, yüngül başa gəlsin, 3 paneldən istifadə, yəni bu panellərin sayından asılıdı. Sizdə neçə paneldi və neçəyə başa gəlib? Bizdə 14 dənə paneldi, 6 min pul xərcləmişəm.

Elektrik enerjisi ilə bağlı problemin həll olması Tapdıq Əsgərovu daha da həvəsləndirib. İndi o təsərrüfatını bir qədər də böyütmək haqqında fikirləşir. Heyvanların sayını artırıb gələcəkdə yeni tövlələr tikməyi planlaşdırır. Çobalar üçün isə 3 ayrı ev tikdirib, onlar üçün hər bir şərait yaradıb. Deyir, əsas məsələ elektrik enerjisinin olmasıdı, işıq varsa, hər bir işin öhdəsindən gəlmək olar. Alternitv enerjinin üstün cəhətlərini saymaqla qurtarmayan fermer deyir ki, rayonda işıq sönsə belə onun təsərrüfatında enerji həmişə olur.

Tapdıq Əsgərov - fermer

Televizorlar işləyir, xolodelniklər işləyir, motor işləyir, işıqlar, 30 dənə stolbam var mənim, işıq stolbası hamısı yanır, gecələr bura çox işıqlı olur. Bizim Qonşu kəndlərdə bizə həsəd aparır, deyirlər ki, nə oldu sizin işığınız heç sönmür? Onların işığı sönsədə bizim 24 saat işığımız var. Aylıq hesablayanda 300-400 manat arası işıq sərfiyyatım var, onu ödəmirəm. İşıq pulsuzdu.

Günəşli, açıq havalarda günəş panellərindən maksimum elektrik enerjisi almaq mümkündü. Amma bu o demək deyil ki, panellər buludlu havada enerji istehsal etmir. Günəş panelləri tutqun havada belə az da olsa, enerji istehsal edir. İstifadə olunmayan enerji isə akkumulyatorlara ötürülür. Gecələr, yağışlı-qarlı havalarda ernerji istehsalı dayananzaman akkumulyatordakı enerjidən istifadə etmək mümkündü.

Tapdıq Əsgərov - fermer

Göstəricilər göstərir ki, gün ərzində nə qədər enerji yığılıb. Ordan da yığılır akkumlyatorlara. Akkumlyatorlarda bu günəş enerjisini özündə saxlayır 6 gün. 6 gün ərzində günəş də çıxa bilir. Yəni bunlar heç vaxt enerjisiz qalmırlar, baza dolu qalır həmişə. Gecə gündüz fərq eləmir 24 saat burda işıq ötürülür.

Tapdıq Əsgərov günəşlə yanaşı, küləkdən də enerji əldə edir. Bunun üçün qışlağa külək turbini quraşdırılıb. Bu isə gecələr də enerji istehsal etməyə imkan yaradır. Bir sözlə, müassir texnologiyanın yaratdığı imkandan faydalanmaqla fermerlər fasiləsiz enerji əldə edə bilərlər. Heyvandarlıqdan başqa, əkin sahələrinin suvarılmasında, istixanaların qızdırılmasında da alternativ enerji mənbələrindən istifadə etməklə fermerlər xərclərini azalda bilərlər.

Xəbər lenti

Xəbər lenti