...

Azərbaycanda əhali pullarını daha çox hara xərcləyib?

İqtisadiyyat Materials 26 Sentyabr 2020 09:58 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

2020-ci ilin yanvar-avqust Azərbaycanda alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,9 faizi ərzaq məhsullarının alınmasına sərf edilib.

Trend-in məlumatına görə, vəsaitin 5,2 faizi içkilər və tütün məmulatlarının, 14,6 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,5 faizi elektrik malları və mebellərin, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 1,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,8 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Ümumilikdə 2020-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 24,6 milyard manatlıq, o cümlədən 13,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11,3 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti