...

Məşhur şirkət Rusiyaya avtomobil tədarükünü dayandırır

İqtisadiyyat Materials 30 Dekabr 2020 14:37 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

"Honda Motor" konserninin Rusiyadakı törəmə şirkəti "Honda Motor RUS" 2022-ci ildən Rusiyaya yeni avtomobillərin tədarükünü dayandıracaq.

Trend-in məlumatına görə, bu barədə şirkətin bəyanatında deyilir.

Qeyd olunur ki, qərar şirkətin yeni strategiyası ilə əlaqədardır. Rusiyaya avtomobil tədarükünü dayandıran şirkət motosiket və digər texnikaların tədarükünü davam etdirəcək.

Eyni zamanda mövcud avtomobillərə xidmət göstərilməsi davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti