...

Azərbaycan və Türkiyə arasında rəqəmsal ticarətə dair sənəd imzalanıb

İqtisadiyyat Materials 2 Aprel 2021 16:36 (UTC +04:00)
Azərbaycan və Türkiyə arasında rəqəmsal ticarətə dair sənəd imzalanıb

Bakı. Trend:

Azərbaycanla Türkiyə arasında rəqəmsal ticarət haqqında Anlaşma Memorandumu imzalanıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir qeyd edib ki, imzalanan sənəd ticarət əlaqələrinin yeni müstəvidə genişləndirilməsinə, mal və xidmətlərin müasir vasitələrlə ticarətinə və ölkələrdə rəqəmsallaşma prosesinin inkişafına təkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti