...

"Türk Hava Yolları" Gəncə və Naxçıvana uçuşları bərpa edir

İqtisadiyyat Materials 3 May 2021 12:26 (UTC +04:00)
"Türk Hava Yolları" Gəncə və Naxçıvana uçuşları bərpa edir

Bakı. Sədrəddin Ağcayev - Trend:

Türkiyənin "Türk Hava Yolları" şirkəti mayın 15-dən etibarən İstanbuldan Gəncə və Naxçıvana uçuşları bərpa etməyi planlaşdırır.

Bunu Trend-ə şirkətin Azərbaycandakı nümayəndəsi İlyas Seyfulla deyib.

Onun sözlərinə görə, İstanbul-Gəncə-Naxçıvan reysi həftədə iki dəfə, çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti