...

Azərbaycanda bankların informasiya təhlükəsizliyi gücləndirilir

İqtisadiyyat Materials 16 May 2021 14:24 (UTC +04:00)
Azərbaycanda bankların informasiya təhlükəsizliyi gücləndirilir

Bakı. Sədrəddin Ağcayev - Trend:

Azərbaycan Mərkəzi Bankı yerli bankların informasiya təhlükəsizliyinin artırılması üzrə qaydalar hazırlayır.

Bunu Trend-ə Mərkəzi Bankın İnformasiya texnologiyaları departamenti rəhbərinin müavini Anar Quliyev deyib.

Onun sözlərinə görə, bu məqsədlə yaradılmış xüsusi qrup ölkədə yeddi bankın informasiya təhlükəsizliyinin qiymətləndirilməsini keçirib.

Bundan başqa, banklara informasiya təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tövsiyələr ünvanlayıb.

A.Quliyev bildirib ki, qaydalar hazırlanarkən Avropa ölkələri, Türkiyə, Sinqapur, Rusiya, Qazaxıstan və Böyük Britaniyanın mərkəzi banklarının təcrübələri tətbiq olunur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti