...

Avropa Yenidənqurma və İnkişaf Bankının Qarabağın bərpasında iştirakı müzakirə edilib (FOTO)

İqtisadiyyat Materials 8 İyun 2021 10:27 (UTC +04:00)

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankının Qarabağın bərpasında iştirakı müzakirə edilib.

Trend-in məlumatına görə, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter səhifəsində yazıb.

Nazir bildirib ki, bankın Qafqaz üzrə regional direktoru Katarina Byorlin Hansen və həmkarları ilə görüşüb:

"Görüşümüzdə özəl sektorun inkişafı, Gəncə Yaşıl Şəhər Proqramı çərçivəsində icra olunacaq layihələr və bankın işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakı məsələləri barədə fikir mübadiləsi apardıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti