Bakı. Sədrəddin Ağcayev - Trend:
Azərbaycanın beş şəhərində Avropa İttifaqının (Aİ) və Azərbaycan Turizm Bürosinin birgə həyat keçirdiyi "Slow Food Travel" pilot layihəsi çərçivəsində seminarlar təşkil olunacaq.
Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.
O bildirib ki, layihə 2018-ci ilin sentyabrında Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Qax şəhərlərində başlayıb və bu il avqustun 31-ə kimi davam edəcək.
K.Yankuskasın sözlərinə görə, layihənin reallaşdırılması üçün 900 min avrodan çox vəsait ayrılıb.
(Tərcümə: Orxan Nəbiyev)