...

Avropa şirkətləri Azərbaycan iqtisadiyyatına investisiyaları davam etdirməyə hazırdır - Aİ nümayəndəsi

İqtisadiyyat Materials 29 İyun 2021 22:59 (UTC +04:00)
Avropa şirkətləri Azərbaycan iqtisadiyyatına investisiyaları davam etdirməyə hazırdır - Aİ nümayəndəsi

Bakı. Sədrəddin Ağcayev - Trend:

Azərbaycanda işləyən Avropa şirkətləri ölkə iqtisadiyyatına investisiya qoyuluşunu davam etdirməyə hazırdır.

Bunu Trend-ə özəl müsahibəsində Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

Onun sözlərinə görə, Azərbaycan və Aİ-nin enerji və nəqliyyat sahələrində münasibətləri son illər ərzində yaxşı inkişaf edir və daha da möhkəmlənmək potensialına malikdir:

"Azərbaycanda 400-ə yaxın Avropa şirkəti işləyir. Sonunci Aİ-Azərbaycan biznes forumunda minə yaxın iştirakçı olub. Azərbaycanda işləyən Avropa şirkətləri ölkə iqtisadiyyatına investisiyaları davam etdirməyə hazır olduqlarını bildirib. Onlar "ASAN xidmət" mərkəzlərinin yaradılmasını, elektron xidmətlərin göstərilməsini, gömrük və miqrasiya xidmətlərinin işinin təkmilləşdirilməsini yüksək qiymətləndirir. Biz, həmçinin hesab edirik ki, Aİ ilə Azərbaycan arasında yeni hərtərəfli sazişin imzalanması ticarətin genişlənməsinə və Avropa şirkətlərinin Azərbaycan iqtisadiyyatına investisiyalarının artımına xidmət edəcək. Aİ Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmasını, eləcə də iqtisadi şaxələndirməni dəstəkləyir"

K.Yankauskas əlavə edib ki, Aİ ixrac və idxal əməliyyatları üzrə Azərbaycanın ən iri tərəfdaşıdır. Onun sözlərinə görə, Azərbaycanın xarici ticarət dövriyyəsinin 37 faizi Aİ-nin payına düşür.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti