...

Bədbəxt hadisə və peşə xəstəliklərinə görə əmək qabiliyyətinin itirilməsindən icbari sığorta üzrə yığımlar artıb

İqtisadiyyat Materials 8 İyul 2021 13:18 (UTC +04:00)

Bakı. Trend:

İşçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmasına nəzarət tədbirləri nəticəsində son 2 ildə işçilərin qeyd olunan hallardan icbari sığortası üzrə işəgötürənlərlə bağlanan müqavilələrin sayında, həmçinin həmin icbari sığorta üzrə yığımlarda 53% artım qeydə alınıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə bildirilib ki, bu da həm işçilərin, həm də işəgötürənlərin qanuni mənafelərinin daha dolğun təminatına xidmət edir.

Çünki icbari sığorta müqaviləsi istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini itirdiyi hallarda işçilərin və ya yaxınlarının sığorta ödənişi ilə təminatına imkan verir. Digər tərəfdən, belə hallarda işəgötürənin işçiyə ödəniş, kompensasiya verilməsi ilə bağlı xərclərdən azad olmasına əsas yaradır.

İcbari sığorta müqaviləsi olmayan işçilər Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən “Əmək müqaviləsi bildirişləri” altsistemi üzərindən aparılan təhlillər, habelə İcbari Sığorta Bürosunun təqdim etdiyi siyahılar əsasında, Xidmətə daxil olmuş müraciətlərə baxılması, eləcə də istehsalatda baş vermiş bədbəxt hadisələrin araşdırılması nəticəsində aşkar edilir.

İşçilərlə icbari sığorta müqaviləsi bağlamayan işəgötürənlər müəyyən edildikdə onlara e-sistem üzərindən xəbərdarlıq təqdim edilir və həmin müqavilələrin bağlanması üçün tədbirlər görülür. İcbari sığorta müqaviləsinin bağlanmamasına görə İnzibati Xətalar Məcəlləsində inzibati tənbeh nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti