...

Enerji effektivliyi fondu yaradılır

İqtisadiyyat Materials 20 Avqust 2021 16:42 (UTC +04:00)
Enerji effektivliyi fondu yaradılır

Bakı. Trend:

Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) enerji effektivliyi fondu yaradır.

Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin tədiqlədiyi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunda əks olunub.

Qanuna əsasən. enerji effektivliyi fondu aşağıdakı mənbələr hesabına maliyyələşir:

enerji resurslarının tarif və qiymətlərində fonda ayrılması nəzərdə tutulan vəsait (enerji resurslarının satışından əldə olunan vəsait);

kreditlər və qrantlar;

hüquqi və fiziki şəxslərin könüllü ianələri;

beynəlxalq təşkilatların və digər donorların ayırmaları;

fondun vəsaitinin idarə olunmasından əldə olunan gəlirlər;

qanunla qadağan olunmayan digər mənbələr.

Enerji effektivliyi fondunun vəsaiti bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üçün istifadə olunur.

Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti