...

Yaponiya neft emalı zavodlarının inkişafı üçün İraqa 297 milyon dollar kredit ayıracaq

İqtisadiyyat Materials 21 Avqust 2021 22:02 (UTC +04:00)
Yaponiya neft emalı zavodlarının inkişafı üçün İraqa 297 milyon dollar kredit ayıracaq

Bakı. Trend:

Yaponiyanın xarici işlər naziri Tosimitsu Motegi İraqa səfəri zamanı bildirib ki, hökuməti İraqa yerli neft emalı zavodlarının inkişafı üçün təxminən 32.7 milyard yen (təxminən 297 milyon dollar) kredit vermək niyyətindədir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bundan əlavə Motegi, İraq rəhbərliyinin nümayəndələri, o cümlədən Respublika prezidenti Barham Saleh ilə Əfqanıstandakı vəziyyəti və yeni koronavirusun yayılmasına qarşı mübarizəni müzakirə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti