...

Elektron siqaret və qəlyana aksiz vergisi tətbiq ediləcək

İqtisadiyyat Materials 3 Noyabr 2021 11:43 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda tütün əvəzləyiciləri, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri aksizli malların siyahısına daxil edilir.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, tütün əvəzləyicilərinin hər kiloqramına 30,0 manat, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədinə isə 0,25 manat aksiz dərəcəsi tətbiq olunur.

Siqaret məhsullarına görə aksiz vergi dərəcəsi 1000 ədədinə görə 38.5 manat olması müəyyən olunur. Daha əvvəl siqaret məhsullarına görə aksiz vergi dərəcəsi 1000 ədədinə görə 35 manat idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti