...

Bu il pensiya və digər sosial ödənişlər üzrə vəsaitin həcmi artıb

İqtisadiyyat Materials 11 Noyabr 2021 13:06 (UTC +04:00)

Bakı. Trend:

2021-ci ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 4 mlrd. 949 mln. manat vəsait ödənilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu da ötən ilin eyni dövründə müvafiq istiqamət üzrə ödənilən vəsaitə nisbətən 3,5% və ya 166,5 mln. manat çoxdur.

Pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlər 2,4 milyon nəfəri əhatə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti