...

Əhali ticarət şəbəkələrində nə qədər pul xərcləyib?

İqtisadiyyat Materials 13 Noyabr 2021 11:15 (UTC +04:00)
Əhali ticarət şəbəkələrində nə qədər pul xərcləyib?

Bakı. Elçin Mehdiyev - Trend:

2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 34,4 milyard manatlıq, o cümlədən 18,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata g.örə, 2020-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3 faiz, qeyri-ərzaq malları üzrə 3,5 faiz artıb.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,0 faizi ərzaq məhsullarının, 5,0 faizi içkilər və tütün məmulatlarının, 15,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi avtomobil benzini və dizel yanacağının, 5,4 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

2021-ci ilin yanvar-oktyabr aylarında istehlak mallarının dəyər ifadəsində 27,0 faizi ticarət müəssisələri, 49,8 faizi fərdi sahibkarlar tərəfindən, 23,2 faizi isə bazar və yarmarkalarda satılıb. 2020-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 20,4 faiz artmış, fərdi sahibkarlar üzrə 3,1 faiz, bazar və yarmarkalarda 0,8 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti