...

Türkiyə inflyasiya səviyyəsini sabitləşdirilməsində qərarlıdır - Nazir

İqtisadiyyat Materials 16 Noyabr 2021 03:59 (UTC +04:00)
Türkiyə inflyasiya səviyyəsini sabitləşdirilməsində qərarlıdır - Nazir

Bakı. Trend:

Türkiyənin iqtisadi strukturları artan inflyasiya ilə mübarizədə qərarlıdır. Lazım gələrsə, bunun üçün makroiqtisadi alətlərdən istifadə olunacaq.

Trend xəbər verir ki, bunu Türkiyənin Xəzinədarlıq və Maliyyə naziri Lütfi Əlvan V Kapital bazarı Konqressində çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, valyuta məzənnələrinin sabitləşdirilməsi istiqamətində bir sıra addımlar atılır ki, bu da ölkənin iqtisadi inkişafı üçün riskləri azaldacaq.

"Dövlət strukturlarının hər biri öz səlahiyyətləri çərçivəsində bu istiqamətdə səylər göstərir. Güclü dövlət maliyyə sistemi makroiqtisadi sabitliyin əsaslarındandır", - deyə nazir vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti