...

“Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib

İqtisadiyyat Materials 9 Dekabr 2021 18:11 (UTC +04:00)
“Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib

Bakı. Trend:

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Müşahidə Şurasının növbəti iclası keçirilib. Müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin müavini Elnur Əliyevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, Cəmiyyətin sədri Zaur Hüseynov və Cəmiyyətin digər vəzifəli şəxsləri iştirak ediblər.

Azərbaycan İnvestisiya Holdinqi İctimaiyyətlə Əlaqələr və Marketinq Şöbəsindən Trend-ə bildirilib ki, iclasda Cəmiyyətin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin diaqnostikası və 2020-ci il üzrə audit olunmuş maliyyə hesabatı ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki,“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli Sərəncamına əsasən yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti