...

Bu şəxslər vergi ödəməyəcək - Məcəlləyə dəyişiklik son oxunuşda təsdiqləndi

İqtisadiyyat Materials 27 Dekabr 2021 13:21 (UTC +04:00)
Bu şəxslər vergi ödəməyəcək - Məcəlləyə dəyişiklik son oxunuşda təsdiqləndi

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, dəyişikliklə idman mərc oyunlarının (elektron idman mərc oyunlarının) lotereyalarla oxşar hüquqi rejimdə vergi qanunvericiliyi baxımından tənzimləməyə cəlb edilməsi nəzərdə tutulur, lotereyalardan və idman mərc oyunlarından pul şəklində əldə edilən 500 manata qədər (əvvəl 10 manat idi) uduşlar gəlir vergisindən azad edilir.

Layhədə, həmçinin aşağıdakılar nəzərdə tutulur;
- idman mərc oyunlarının (elektron idman mərc oyunlarının) lotereyalarla oxşar hüquqi rejimdə vergi qanunvericiliyi baxımından tənzimləməyə cəlb edilməsi, lotereyalardan və idman mərc oyunlarından pul şəklində əldə edilən 500 manatadək (əvvəl 10 manat idi) uduşların gəlir vergisindən azad edilməsi,
- idman mərc oyunlarının operatoru və idman mərc oyunlarının satıcılarının, habelə lotereya təşkilatçısı və lotereya biletlərinin satıcıları olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi kimi təsbit olunması, habelə bu sahədə vergitutma obyektinin və vergi dərəcələrinin dəqiqləşdirilməsi. (operatorlar və təşkilatçılar dövriyyədən 6%, satıcılar isə onlara çatacaq komisyon haqqından 4%) azad edilməsi. Əvvəl gəlir və mənfəət vergisi ödəyirdilər.

Müzakirələrdən sonra dəyişikliklər üçüncü oxunuşda səsverməyə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti