...

Mark Zukerberq bir gündə 29 milyard dollar itirib

İqtisadiyyat Materials 4 Fevral 2022 09:16 (UTC +04:00)
Mark Zukerberq bir gündə 29 milyard dollar itirib

Bakı. Trend:

Meta Platforms Inc-in (FB.O) səhmlərinin bir gündə rekord ucuzlaşması nəticəsində Mark Zukerberq cümə axşamı günü 29 milyard dollar itirib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, milyarder Jeff Bezos isə, əksinə, Amazon səhmlərinin bahalaşması hesabına sərvətini 20 milyard dollar artırıb.

Meta-nın səhmləri 26% və ya 200 milyard dollardan çox ucuzlaşması nəticəsində, onun təsisçisi və baş icraçı direktoru olan Zukerberqin sərvətini 85 milyard dollar səviyyəsinə endirib.

Zukerberq əvvəllər Facebook kimi tanınan texnoloji nəhəgin təxminən 12,8%-nə sahibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti