Bakı. Sədrəddin Ağcayev - Trend:
Azərbaycan İslam maliyyələşməsi vasitələrinin cəlb olunmasında maraqlıdır.
Trend-in məlumatına görə, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov "Post-pandemiya dövründə iqtisadi artımın sabitləşdirilməsində kiçik və orta sahibkarlığın innovativ fəaliyyəti" mövzusunda konfransda deyib.
O bildirib ki, bugünkü gün Azərbaycanda bir neçə Türkiyə bankı işləyir.
"Biz Azərbaycanda türkdilli ölkələrin qanunvericilik bazası və maliyyələşmə alətlərinin inteqrasiyasında maraqlıyıq. Hökumətimiz artıq bu istiqamətdə işlərə başlayıb", - deyə o bildirib.
V.Zeynalov qeyd edib ki, bu cür hüquqi bazanın yaradılması Azərbaycanda türkdilli ölkələrin banklarının sayının artmasına xidmət edəcək.
(Tərcümə: Orxan Nəbiyev)