Bakı. Trend:
Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin afilə edilmiş Azərbaycan Mərkəzinin rəsmi açılışı olub.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.
"Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin afilə edilmiş Azərbaycan Mərkəzinin rəsmi açılışını qeyd edirik. MDB regionunda ilk olan bu Mərkəzin fəaliyyəti ölkəmizdə müasir texnologiyalardan istifadənin və rəqəmsallaşmanın sürətlənməsinə, innovasiyaların tətbiqinə mühüm töhfə verəcək", - nazir qeyd edib.