...

Azərbaycan şirkətlərinin MÜSİAD EXPO-da iştirakı KOBİA və MÜSİAD Azərbaycan tərəfindən müzakirə edilib (FOTO)

İqtisadiyyat Materials 24 Fevral 2022 20:31 (UTC +04:00)
Azərbaycan şirkətlərinin MÜSİAD EXPO-da iştirakı KOBİA və MÜSİAD Azərbaycan tərəfindən müzakirə edilib (FOTO)

Bakı. Trend:

Bu gün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli bu ilin noyabrında Türkiyədə keçiriləcək ,MÜSIAD EXPO – da Azərbaycan şirkətlərinin iştirakını müzakirə ediblər. Bu haqda Trend - ə MÜSİAD-dan daxil olan məlumatda bildirilib.

Görüş zamanı, Bakıda keçən ilin noyabrında 33 ölkədən 500-dən çox iş adamının iştirakı ilə keçirilən, İBF forumu da müzakirə edilib.

“ Bütün bunlarla yanaşı MÜSİAD və KOBİA arasında əməkdaşlığın daimi eyni zamanda müntəzəm olması haqda tərəflər arasında konsensus əldə edilib” - deyə MÜSİAD Azərbaycandan bildirilib.

Qeyd edək ki , MÜSİAD EXPO bu il noyabr ayında 2-5 tarixində İstanbulda keçiriləcək. EXPO-da Türkiyə, dünyanın tanınmış şirkətləri iştirak edəcək və eyni zamanda iş adamları arasında qarşılıqlı görüşlər keçiriləcək.
Məlumat üçün bildirək ki, 2021-ci ilin noyabrında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və forumun təsisçisi olan Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə Bakıda 25-ci Beynəlxalq Biznes Forumu (İBF - İnternational Business Forum) keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti