...

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib

İqtisadiyyat Materials 10 Mart 2022 20:09 (UTC +04:00)
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib

Bakı. Trend:

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının növbəti iclası keçirilib.

AİH-dən Trend-ə verilən məlumata görə, 10 mart tarixində Azərbaycan Respublikasının Baş naziri, AİH-nin Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində 2021-ci ildə Holdinqin görülən işlər barədə fəaliyyət hesabatı, üç portfel şirkətin “Azər-Türk Bank” ASC, “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti” və “Təmiz şəhər” ASC-nin fəaliyyətinin diaqnostikasının nəticələri, portfel şirkətlərində Koordinasiya Ofislərinin təşkili haqqında və digər cari məsələlər müzakirə edilib.

Holdinqin İdarə Heyətinin sədri Mətin Eynullayevin və Baş icraçı direktoru Ruslan Əlixanovun məruzələri dinlənilib.

Həmçinin, iclasda diaqnostikanın nəticələri barədə aidiyyəti portfel şirkətlərin Müşahidə Şurasının sədrinin və şirkət rəhbərlərinin çıxışları ətrafında geniş müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti