...

UNEC-də “Bir ideyam var” layihəsinin təqdimatı keçirilib (FOTO)

İqtisadiyyat Materials 31 Mart 2022 12:23 (UTC +04:00)
UNEC-də “Bir ideyam var” layihəsinin təqdimatı keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Karyera mərkəzinin dəstəyi və Kapital Bankın təşkilatçılığı ilə tələbələr arasında “Bir ideyam var” layihəsinin təqdimatı keçirilib.

Tədbirdə UNEC-in müəllim-tələbə heyəti və Kapital Bankın nümayəndələri iştirak ediblər.

UNEC-in rəqəmsallaşma üzrə prorektoru dosent Raqif Qasımov layihənin əhəmiyyətindən danışaraq, tələbələrə bu istiqamətdə fəal olmağı tövsiyə edib.

Sonra Kapital Bankın nümayəndələri Məhəmməd İbrahimov və Azadə Hacıyeva təmsil etdikləri bankın fəaliyyət istiqamətləri, vakansiyalar, təcrübə proqramları, layihələr barədə tələbələrə məlumat veriblər.

“Bir ideyam var” layihəsi barədə təqdimatla çıxış edən bankın HR üzrə biznes partnyoru Günay Məmmədrəsulzadə bildirib ki, layihə bakalavrın sonuncu kurs və magistr tələbələrinə şamil olunur və innovativ texnologiyaların bank sahəsində tətbiqi, bank üçün yeni rəqəmsal məhsul və xidmət təklifləri, xidmət səviyyəsinin yüksəldilməsi kimi mövzuları əhatə edəcək. Layihəyə son müraciət tarixi 10 apreldir. Qaliblərə Kapital Bankdan pul mükafatı, sertifikat təqdim olunacaq və bankda təcrübə keçmək imkanı əldə edəcəklər. Bankın nümayəndəsi Fidan Hüseynova isə “Agile” (çevik) metodu, ümumi prinsipləri və faydaları barədə danışıb.

Tədbirdə tələbələr arasında Kapital Bankın fəaliyyəti ilə bağlı sorğu keçirilib. Sorğuda fəal işirak edən 3 tələbə bank tərəfindən mükafatlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti