...

Heydər Əliyev Beynəlxalq Aeroportu “FlyArystan” aviaşirkətinin ilk reysini qəbul edib (FOTO/VİDEO)

İqtisadiyyat Materials 1 Aprel 2022 11:10 (UTC +04:00)
Heydər Əliyev Beynəlxalq Aeroportu “FlyArystan” aviaşirkətinin ilk reysini qəbul edib (FOTO/VİDEO)

Bakı. Trend:

Qazaxıstanın “FlyArystan” aşağıbüdcəli aviaşirkəti cümə günü - aprelin 1-də Aktau şəhərindən Heydər Əliyev Beynəlxalq Aeroportuna ilk reysini həyata keçirib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qazaxıstanın ilk aşağıbüdcəli aviaşirkəti olan “FlyArystan” – “Air Astana” aviaşirkətinin struktur bölməsidir.

Bu həftədən etibarən aviaşirkət Aktau-Bakı-Aktau marşrutu üzrə həftədə iki dəfə - cümə və bazar günləri uçuşlar həyata keçirəcək.

“FlyArystan” aviaşirkətinin ilk reysinin Heydər Əliyev Beynəlxalq Aeroportunda necə qarşılandığı haqqında qeyd edilən videoçarxda baxa bilərsiniz:

Xatırladaq ki, aprel ayında Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı olan “Buta Airways” aviaşirkəti də Qazaxıstana uçuşlar həyata keçirməyə başlayacaq. Belə ki, 5 aprel tarixindən etibarən aviaşirkətin Bakı-Aktau - Bakı marşrutu üzrə reysləri həftədə üç dəfə - çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək.

Səyahət etməzdən əvvəl bütün sərnişinlərə COVID-19 pandemiyası zamanı qüvvədə olan hər iki ölkəyə giriş qaydaları haqqında son məlumatlarla tanış olmaları tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti