Bakı. Trend:
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökuməti əcnəbilərin ölkəyə gəlişi və yaşaması haqqında qanuna əsasnaməni təsdiqləyib.
Trend-in məlumatına görə, bu barədə BƏƏ-nin İnformasiya gentliyi bildirib.
Bildirilib ki, ona əsasən "qızıl" rezident vizası (yaşayış icazəsinin analoqu) almaq üçün tələblər yumuşaldılıb, "yaşıl" vizanın qüvvədə olma müddəti uzadılıb, yeni vizalar tətbiq edilib və adi giriş vizası sahibləri üçün imkanlar genişləndirilib.
Sənəd 90 gündən sonra qüvvəyə minəcək. Bildirilib ki, investorlara, sahibkarlara, istedadlı şəxslərə, alimlərə, mütəxəssislərə, ali təhsil müəssisələrinin tələbələrinə və məzunlarına, humanitar işçilərə və veteranlara 10 il müddətinə verilən “qızıl” rezident vizasının verilməsi qaydalarına mühüm dəyişikliklər edilib. Belə viza sahibləri üçün yeniliklərdən ən vacibi BƏƏ-dən kənarda maksimum qalma müddətinin ləğvi oldu. "Qızıl" viza sahiblərinin hər bir dəstək işçisi personalı üçün limit ləğv edilib və həmçinin onlar hər yaşda olan həyat yoldaşı və uşaqları da daxil olmaqla ailə üzvlərinə sponsorluq edə biləcəklər.