...

İcbari Sığorta Bürosu haker hücumları ilə bağlı açıqlama yayıb

İqtisadiyyat Materials 21 Aprel 2022 12:59 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İcbari Sığorta Bürosunun sistemi işlək vəziyyətdədir və gündəlik iş rejimində fəaliyyət davam etdirilməkdədir.

Trend-in məlumatına görə, bu barədə büronun haker hücumları barədə yayılan məlumata münasibətində deyilir

"Sistemin təkmilləşdirilməsi ilə əlaqədar mütəmadi tədbirlər həyata keçirilməkdədir.
Bəzi xəbər qaynaqlarında çıxan məlumatlarla əlaqədar olaraq araşdırmalar davam etdirilir.

Nəticə barədə ictimayətə əlavə məlumat veriləcəkdir", - büro qeyd edir.

Qeyd edək ki, bir müddət əvvəl İcbari Sığorta Bürosunun kompüter sistemində olan Azərbaycan avtomobillərinin və onların sahiblərinin, eləcə də hökumətə məxsus avtomobillərin bütün məlumatlarının sındırılması ilə bağlı məlumatlar yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti