...

Kənd təsərrüfatı sahəsində Azərbaycan-Belarus İşçi Qrupunun 1-ci iclasının protokolu imzalanıb

İqtisadiyyat Materials 17 May 2022 20:30
Kənd təsərrüfatı sahəsində Azərbaycan-Belarus İşçi Qrupunun 1-ci iclasının protokolu imzalanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində Azərbaycan-Belarus İşçi qrupunun üzvlərinin görüşü keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan tərəfdən İşçi Qrupun həmsədri, kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Belarus tərəfdən İşçi Qrupun həmsədri, Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini İvan Smılqinin rəhbərlik etdiyi nümayən heyətləri iştirak ediblər.

Tərəflər Belarus ilə Azərbaycan arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsində də əlaqələr inkişaf etdiyini vurğulayıb, aqrar sahədə texnologiya transferi və birgə pilot layihələrin həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının idxal-ixrac dövriyyəsinin artırılması, ölkəmizdə aqrar sahəyə investisiyaların cəlbi, bitkiçilik, toxumçuluq, heyvandarlıq və baytarlıq, kənd təsərrüfatı təhsili, qida təhlükəsizliyi sənayesi sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Görüşdə qeyd olunub ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur.

Görüşün sonunda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində Azərbaycan-Belarus İşçi qrupunun 4 oktyabr 2021-ci ildə keçirilmiş 1-ci iclasının protokolu imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti