...

Azad edilmiş şəhərlərimizin baş planlarının hazırlanması üçün 25 milyon manat ayrılıb - Maliyyə naziri

İqtisadiyyat Materials 25 May 2022 11:51 (UTC +04:00)
Azad edilmiş şəhərlərimizin baş planlarının hazırlanması üçün 25 milyon manat ayrılıb - Maliyyə naziri
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il işğaldan azad edilmiş şəhərlərimizin baş planlarının hazırlanması üçün 25 milyon manat vəsait ayrılıb.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2021-ci ilin dövlət büdcəsinin icrasının müzakirəsi zaman deyib.

Nazir bildirib ki, 2021-ci ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üzrə ümumilikdə 2,2 milyard manat nəzərdə tutulub. Müvafiq istiqamət üzrə ilin sonuna icra edilmiş məbləğ 2,178 milyard manat olub ki, bu da təsdiq edilmiş göstəricinin 99 %-nə bərabərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti