...

Qeyri-neft sektoru üzrə ixrac 40 faizə yaxın artıb

İqtisadiyyat Materials 31 May 2022 13:20 (UTC +04:00)
Qeyri-neft sektoru üzrə ixrac 40 faizə yaxın  artıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ixracı 11,8 milyard dollar, qeyri-neft sektoru üzrə 965,52 milyon dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin eyni dövrü ilə müqayisədə 38,5 faiz artıb.

Trend-in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın may sayına istinadən məlumatına görə, 2022-ci ilin yanvar-aprel ayları ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 23,6 faiz artaraq 162,6 milyon dollar təşkil edib.

Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 9,9 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 90,6 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 53,3 faiz, pambıq iplik ixracı 19,8 faiz, pambıq lifi ixracı isə 6,8 faiz artıb.

2022-ci ilin yanvar-aprel ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (72,2 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda karbamid (53,2 milyon ABŞ dolları) ikinci, qabığı təmizlənmiş meşə fındığı (39,5 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2022-ci ilin aprel ayı üzrə ixrac 3,8 milyard dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 238,3 mln ABŞ dolları olub. 2022-ci ilin aprel ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 6,2% artaraq 51,4 milyon dollar, qeyri-yeyinti məhsulları üzrə isə 27,2 faiz artaraq 186,9 milyon dollar təşkil edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti